Mart 25, 2023 16:17 Asia/Baku
  • Minlərlə fələstinli cümə namazını Əl-Əqsa məscidində qılıb

Minlərlə fələstinli Ramazan ayının ilk cümə namazını Əl-Əqsa məscidində qılıb.

SəhərAzəri-nin məlumatına əsasən, işğalçı sionist rejimin bütün məhdudiyyətlərinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq, Qüds və işğal olunmuş digər ərazilərdə yaşayan minlərlə Fələstin vətəndaşı mübarək Ramazan ayının ilk cümə namazını qılmaq üçün özlərini Əl-Əqsa məscidinə çatdırıb. 

Məlumatda deyilir: "İşğalçı sionist rejim hərbçiləri son bir neçə gündən etibarən Qüds şəhərində, xüsusən də Məscidül-Əqsanın ətrafında öz varlıqlarını gücləndiriblər.

Sionistlər Məscidül-Əqsaya basqınlarını gücləndirməklə, bu məscidin zaman və məkan bölgüsü üçün zəmin yaratmağa çalışırlar.

Məscidül-Əqsa Qüdsün müsəlmanlara və fələstinlilərə aid olmasının əsas simvolu kimi tanınır və İsrail rejimi bu mühüm məqamı yox etməyə çalışır, lakin Fələstin xalqının müqaviməti və sayıqlığı sionist rejimi nakam qoyub və uğursuzluğa düçar edib. 

Teqlər