Fələstinlilər “Qurani-Kərim”-in təhqir olunmasına qarşı etiraza qalxdı
Etirazçılar sionist qəsəbə sakinlərinin Nablusun Orif kəndindəki müsəlman məscidlərinə hücum edərək Qurani-Kərimin nüsxələrini cırıb, yandırmasını pisləyiblər.
“Əl-Cəzirə Mubaşir” telekanalının məlumatına görə, Qəzza zolağında fələstinlilər “HƏMAS” hərəkatının təşəbbüsü ilə etiraz aksiyası keçirərək sionist mühacirlərinin “Qurani-Kərim”-ə qarşı təhqirlərini pisləyiblər.
“HƏMAS” hərəkatı sionist qəsəbə sakinlərinin bu addımını pisləyərək bildirib ki, “sionist qəsəbə sakinlərinin işğalçı ordunun himayəsi ilə həyata keçirdiyi bu vəhşi hərəkəti bütün Fələstin xalqının və eləcə də İslam ümmətinin dəyərlərini əzmək deməkdir“
Fələstin İslami Cihad Hərəkatı da bu hərəkətin müqaviməti daha da alovlandıracağını vurğulayıb.
İslami Cihad Hərakatı öz bəyanatında bildirib ki, “bu təhlükəli və cinayətkar addım gərginlik məqsədilə düşmənin İslam inanclarına qarşı dini müharibəyə başlamaq istəyini göstərir”
Misirdə də “İslam Müqəddəsi”-nə yönəlmiş bu təhqiramiz hərəkət etirazla qarşılanıb və Misirin Vəqflər naziri deyib ki, “ sionist qəsəbə sakinlərinin Qurani-Kərim nüsxələrinə etdiyi təhqir terrorizm, ekstremizm və irqçilikdir”
Türkiyə də bu məsələyə reaksiya vermiş və bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi sionist qəsəbə sakinlərinin Qurani-Kərimin təhqir edilməsini kəskin şəkildə pisləyib.
Qeyd edək ki, sionist qəsəbə sakinlərinin İslami müqəddəslərə qarşı olduqca təhlükəli və amansız hərəkətlərə yol verərək, Nablus şəhərinin Orif kəndindəki məscidlərdən birində Qurani-Kərim nüsxələrini yandırıblar.
Sionist rejim televiziyasının 13-cü kanalı Orif qəsəbəsinə hücum zamanı sionist qəsəbə sakinlərinin Qurani-Kərimi təhqir etmə anını göstərən video yayımlayıb.
Xatırladaq ki, Qurani-Kərimi təhqir edən sionist qəsəbə sakinləri Qərb Sahilində çox radikal üzvlərdən ibarət Fətitəl-Tilal kimi tanınan qrupa bağlıdırlar.