Noy 20, 2023 11:17 Asia/Baku
  • Liberman: İsrail hökuməti şimaldakı müharibəni uduzdu

Sionist İsrail rejiminin sabiq hərb naziri bu rejimin Livanla sərhəddə Hizbullahdan ağır zərbə aldığını etiraf edib.

Aviqdor Liberman öz sosial hesabında yazıb: “İsrail hökuməti şimaldakı müharibəni uduzdu”.

Sionist rejimin "Maariv" qəzeti isə şimal cəbhəsində olan gərginlikdən yazıb.

Qəzet qeyd edib ki, şimalın “sakinləri” öz “evlərini” tərk etdikdən sonra Hizbullah sərhəd zolağı ilə hərəkət edən hər kəsin hədəf olduğuna qərar verib. Belə ki, Hizbullah ordusu İsrail ilə sərhəd zolağında uzaqdan aktiv döyüş vəziyyətinə keçib. Bunun nəticəsi olaraq sərhəd zolağında yerləşən yaşayış məntəqələri təxliyyə olunub.

Qəzet qeyd edir ki, sakinlərin 90 faizi yaşadıqları məntəqələri tərk edib.

“Gözlənilən budur ki, Hizbullah lideri Həsən Nəsrullah İsrail ilə döyüş vəziyyətini daha da kəskinləşdirəcək”, qəzet qeyd edib.