Avropada sionist rejimə qarşı geniş aksiyalar keçirilib
https://azeri.sahartv.ir/news/fələstin-i406119-avropada_sionist_rejimə_qarşı_geniş_aksiyalar_keçirilib
Avropa paytaxtlarında keçirilən küçə aksiyalarının iştirakçıları öz dövlətlərindən Qəzzədəki ağır insani duruma görə, sionist rejimi təzyiq altında qoymalarını istəyiblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 03, 2023 17:00 Asia/Baku
  • Avropada sionist rejimə qarşı geniş aksiyalar keçirilib

Avropa paytaxtlarında keçirilən küçə aksiyalarının iştirakçıları öz dövlətlərindən Qəzzədəki ağır insani duruma görə, sionist rejimi təzyiq altında qoymalarını istəyiblər.

Fransanın Tuluza, Nitsa və Paris şəhərləri Fələstinə dəstək aksiyalarının səhnələri olublar.

Parisin Respublika meydanına toplaşan və Fələstinə dəstək şüarları verən insanlar bu şəhərin Bastil meydanına doğru yürüş keçiriblər.

Əlcəzirə telekanalı İspaniya şəhərlərində, o sıradan Barselona, Valensiya, Bilbao, Qrenada və Madriddə  Fələstinə dəstək aksiyalarının keçirilməsindən xəbər verib və belə qeyd edib: Etirazçılar təcili atəşkəs,/ İsrail rejiminin boykot/ və bu rejimi təzyiq altında qoyması üçün İspaniya hökumətinin təşviq edilməsini istəyiblər.

İngiltərənin London, İtaliyanın Milan, Avstriyanın paytaxtı Vyana şəhərlərində də minlərlə etirazçı sionist rejimin Qəzzəyə qarşı hücumlarına etiraz olaraq, aksiya keçirib.