Sionist hərbçilərin iki avtomobili məhv edilib
Livan İslami Müqavimət Hərəkatı- Hizbullah, dünən gecə bir bəyanatda bildiribdir ki, sionist hərbçilərin iki avtomobilini məhv edib.
Hizbullah qeyd edibdir ki, sionistlərin bu iki hərbi avtomobili idarə olunan raketlərlə birbaşa surətdə hədəfə alınıb. Nəticədə avtomobillər alovlanıb və onların içində olan hərbçilər ölüb və ya yaralanıblar.
Sionist rejim ordusu da bu hücumları təsdiq edib və qeyd edibdir ki, Hizbullah-ın bazar günü gecə açdığı atəşin cavabında bu rejim qırıcıları həmin qrupun hərbi mərkəzləri, infrastruktur və mövqelərini hədəfə alıblar.
Bu, bazar günü gecə Livan Hizbullahı və Fələstin müqavimət qüvvələri tərəfindən məhv edilən sionistlərin neçənci hərbi avtomobilidir.
Ondan az öncə də Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Əl-Qəssam batalyonları bir bəyanatda bildirmişdi ki, bu batalyonların döyüşçüləri Qəzzə zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin şimalında sionist işğalçıların bir tankı və iki zirehli transportyorunu «Yasin-yüz beş» tipli zirehə qarşı raket və bombalarla hədəfə alıblar.