Yəmənə hücum regional və beynəlxalq müharibə ilə nəticələnəcək
https://azeri.sahartv.ir/news/fələstin-i406671-yəmənə_hücum_regional_və_beynəlxalq_müharibə_ilə_nəticələnəcək
Ənsarullah hərəkatının sözçüsü Amerikaya və Qərb ölkələrinə xəbərdarlıq edibdir ki, Yəmənə qarşı birbaşa əməliyyat/ fəlakətli nəticəsi təsəvvür olunmayan/ regional və beynəlxalq müharibəyə çevriləcək.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Dek 19, 2023 16:46 Asia/Baku
  • Yəmənə hücum regional və beynəlxalq müharibə ilə nəticələnəcək

Ənsarullah hərəkatının sözçüsü Amerikaya və Qərb ölkələrinə xəbərdarlıq edibdir ki, Yəmənə qarşı birbaşa əməliyyat/ fəlakətli nəticəsi təsəvvür olunmayan/ regional və beynəlxalq müharibəyə çevriləcək.

Məhəmməd Əbdüssalam deyib: Amerikan-sionist koalisiyanın Yəmənin silahlı qüvvələrinin Qırmızı dənizdəki əməliyyatlarında heç bir təsiri yoxdur.

Bu koalisiyada məqsədin, sionist rejmi himayə olduğunu bildirən Əbdüssalam xəbərdarlıq edibdir ki, Yəmənə qarşı hər bir birbaşa əməliyyat müharibənin genişlənməsinə səbəb olacaq.