İran və Türkiyə XİN müavinləri Fələstində təhlükəsizlik məsələsini müzakirə ediblər
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Türkiyə xarici işlər nazirinin müavini ilə görüşündə vurğulayıb: "Heç kimin Fələstin xalqı üçün qərar verə bilməz; Ona görə də, İslam ölkələri Fələstin xalqına öz müqəddəratını təyin etməkdə kömək etməlidir.
İran və Türkiyə arasında siyasi məsləhətləşmələrin yeni raundu cümə axşamı Tehranda iki ölkənin nümayəndə heyətlərinin başçıları kimi İran xarici işlər nazirinin siyasi müavini Əli Baqiri Kəni və Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldızın görüşü ilə keçirilib.
Bu görüşdə, ikitərəfli münasibətlər, regional və beynəlxalq hadisələr, xüsusilə də İsrailin hava və quru hücumları nəticəsində 20 mindən çox insanın həlak olduğu, əhalinin 90%-dən çoxunun didərgin düşdüyü və infrastrukturun 60%-dən çoxunun dağıldığı Qəzzədəki vəziyyət müzakirə edilib.
İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri, həmçinin Qafqaz məsələlərində iki ölkə arasında məsləhətləşmə və əməkdaşlığın davam etdirilməsinin və regiondan kənar faktorların mövcudluğu və dağıdıcı rolu ilə mübarizənin vacibliyini vurğulayıblar.
İki yüksək səviyyəli diplomat, əsasən, sionist rejim tərəfindən Fələstin xalqına qarşı hərbi cinayətlərin və soyqırımın davam etməsi, Qəzzə əhalisinə qeyd-şərtsiz və təcili yardım göstərilməsi və Fələstin xalqının köçürülməsinin qarşısının alınması və bu cinayətlərin dayandırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyini müzakirə ediblər.
Baqeri Kəni bu görüşdə Qəzzə xalqına qarşı cinayətlərin davam etdirilməsində ABŞ-ın sionist rejimə hərtərəfli dəstəyinə, digər tərəfdən beynəlxalq ictimaiyyətin İsrail cinayətlərini dayandırmaq istəyinə işarə edərək, deyib: "Heç kim Fələstin xalqı üçün qərar verə bilməz buna görə də İslam ölkələri Fələstin xalqına öz müqəddəratını təyin etməkdə kömək etməlidir".
Yıldız da öz növbəsində Türkiyənin İsrailin cinayətlərinin qarşısını almaq və Fələstin xalqına kömək etmək üçün atdığı addımları sadalayıb və iki ölkənin bu sahədə əməkdaşlığını vacib və arzuolunan adlandırıb.