Okt 15, 2025 16:26 Asia/Baku
  • İslami Cihad: Müqavimət tərksilahı qəbul etməyib

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini bəyan edib ki, müqavimət qrupları silahlarını təhvil verməyə razı olmayıblar və güc yolu ilə tərksilah edilmək təhdidini də qəbul etməyəcəklər.

İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd əl-Hindi Əl-Cəzirəyə verdiyi müsahibədə bildirib ki, təşkəs razılaşmasında heç bir gizli bənd yoxdur və işğalçılardan gələn söz-söhbətlərə məhəl qoyulmamalıdır.

O əlavə edib ki, işğalçıların razılaşmanın həyata keçirilməsinə mane olmaq və ondan yayınmaq cəhdləri gözlənilən idi. 

Əl-Hindi Qəzzədə atəşkəsə nəzarət edəcək heç bir beynəlxalq qüvvənin olmadığını vurğulayıb.

O, deyib: "Benyamin Netanyahu "mütləq qələbə" xülyasına çatmaqda uğursuz oldu və müqavimət Qəzzənin idarə edilməsi üçün beynəlxalq nümayəndənin olmasını qəbul etməyəcək.

Daha əvvəl Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin siyasi bürosunun üzvü Mərvan Əbdülal bildirib ki, müqavimətin silahları məsələsi heç vaxt danışıqlar masasında gündəmə gətirilməyib. 

Əbdülal “Əl-Əqsa” telekanalına verdiyi müsahibədə vurğulayıb: Müqavimətin silahları danışıqlarda müzakirə olunmayıb və Qəzzənin idarəsi milli məsələ olaraq qalır.

Əbdülal, həmçinin sionist rejimin mahiyyətinə toxunaraq, əlavə edib: Biz daim razılaşmaları pozan və etibarsız bir düşmənlə qarşı-qarşıyayıq.

Bu açıqlamalar Qəzzənin gələcəyi və müqavimət qruplarının rolu ilə bağlı yayılan xəbərlər və ehtimallara cavab olaraq, verilib.