İsmayıl Həniyyə: Müqavimət qrupları arasında ahəngdarlıq vacibdir
https://azeri.sahartv.ir/news/fələstin-i367460-İsmayıl_həniyyə_müqavimət_qrupları_arasında_ahəngdarlıq_vacibdir
Həniyyə sionist rejimin fitnələri ilə mübarizədə müqavimət cərəyanları arasında ahəngdarlığın vacibliyini vurğulayıb
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2020 05:48 Asia/Baku
  • İsmayıl Həniyyə: Müqavimət qrupları arasında ahəngdarlıq vacibdir

Həniyyə sionist rejimin fitnələri ilə mübarizədə müqavimət cərəyanları arasında ahəngdarlığın vacibliyini vurğulayıb

Səhər Azəri bildirir ki, Fələstin İslami Müqavimət Hərəkatı Həmasın siyasi bürosunun rəhbəri İsmail Həniyyə sionist rejimin layihələrinin məğlubiyyətə uğraması üçün müqavimət cərəyanları arasında ahəngdarlığın vacibliyini vurğulayıb.

Fələstin İnformasiya mərkəzinin məlumatına görə, Həmasın siyasi bürosunun rəhbəri İsmail Həniyyə cümə günü Fələstin Azadlıq Təşkilatı (FAT) ın nümayəndə heyəti ilə Beyrutda keçirilən görüşdə deyib: "Müqavimət Fələstinə qarşı əsrin sövdələşməsindən tutmuş İordan Çayının Qərb sahilinin ilhaq edilməsi və ərəb ölkələrinin sionist rejimlə münasibətlərin normallaşdırılmasına qədər bütün fitnələri məğlubiyyətə uğradacaq.

Həmasın siyasi bürosunun rəhbəri, həmçinin ABŞ-ın misli görünməmiş dəstəyi ilə sionist rejimin həyata keçirdiyi proyektlər ilə mübarizə üçün vahid və bütöv bir yanaşma tərzinin tətbiq edilməsi vacibliyini vurğulayıb.