Məhəmməd İştiyyə: "ABŞ sionist rejimin qəsəbə salmasını praktikada dayandırmalıdır"
Fələstin Özünü İdarə Təşkilatının baş naziri ABŞ prezidenti Co Baydeni sionist rejimin qəsəbə salmasını dayandırmaqla bağlı söylədiklərini praktikada həyata keçirməyə çağırıb.
SəhərAzəri xəbər verir ki,Sputnik xəbər agentliyinin məlumatına görə, Fələstin Özünü İdarə Təşkilatının baş naziri Məhəmməd İştiyyə bir çıxışda deyib: "Qəsəbə salmq İsrail rejiminin müxtəlif partiyaları arasında bu rejimin gələcək seçkiləri üçün bir kozıra çevrilib".
İştiyyə Fələstin ailələrini "Əl-Şeyx Cərah Qüds" bölgəsindən qovmağa dair sionist rejimin qərarını qınayıb və əlavə edib: "Beynəlxalq insan haqları təşkilatları, Fələstin vətəndaşlarının evlərindən qovulmasını dayandırmaq üçün dərhal müdaxilə etməli və Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin fələstinlilərə qarşı hərbi cinayətlərini araşdırmaq barədə qərarı, cinayət amillərinin cəzalandırılmasına səbəb olmalıdır".
Fələstin Özünü İdarə Təşkilatı da bir bəyanat yayaraq, sionistlərin Qərb sahilinin böyük bir hissəsini tədricən işğal etmək niyyətində olduğunu bildirib.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin bildirdiyinə görə, işğalçı sionistlər son iki həftədə fələstinlilərə aid 35 binanı tikinti lisenziyası olmadığı bəhanəsi ilə dağıdıb və ya müsadirə ediblər.