Fələstin Xarici İşlər Nazirliyi dörd Avropa ölkəsinin səfirlərini çağırıb
https://azeri.sahartv.ir/news/fələstin-i377624-fələstin_xarici_İşlər_nazirliyi_dörd_avropa_ölkəsinin_səfirlərini_çağırıb
Fələstin Özünü İdarə Etmə Təşkilatının Xarici İşlər Nazirliyi Avstriya, Çekiya, Britaniya və Bolqarıstanın səfirlərini ölkələrinin BMT-nin İnsan Hüquqları Şurası və Ümumdünya Səhiyyə Təşkılatında Fələstinlə əlaqədar qətnamələrin əleyhinə səs verdikləri fonunda Xarici İşlər Nazirliyinə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2021 18:21 Asia/Baku
  • Fələstin Xarici İşlər Nazirliyi dörd Avropa ölkəsinin səfirlərini çağırıb

Fələstin Özünü İdarə Etmə Təşkilatının Xarici İşlər Nazirliyi Avstriya, Çekiya, Britaniya və Bolqarıstanın səfirlərini ölkələrinin BMT-nin İnsan Hüquqları Şurası və Ümumdünya Səhiyyə Təşkılatında Fələstinlə əlaqədar qətnamələrin əleyhinə səs verdikləri fonunda Xarici İşlər Nazirliyinə çağırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin xarici işlər nazirinin müavini Fələstin rəhbərliyinin bu səsdən şoka düşdüyünü söyləyib; Hansı ki, sionist rejimə Fələstin xalqının hüquqlarını pozmaq və hücumlarını davam etdirmək üçün yandırılan yaşıl işıq kimi dəyərləndirilir".

Əməl Cadu Şəkə əlavə edib: "Bu hərəkət, sionist rejimə işğalçılığı daimiləşdirmək və beynəlxalq hüquq normalarına əsasən hərbi cinayət sayılan aparteidi və zülmü davam etdirmək fürsəti verir".

BMT-nin İnsan Hüquqları Şurası keçən cümə axşamı günü İsveçrənin Cenevrə şəhərində, 24 səs lehinə, 9 səs əleyhinə və 14 bitərəf səslə Fələstinin işğal olunmuş ərazilərində insan haqları pozuntularını araşdırmaq məqsədilə bir komitənin təşkil edilməsi ilə razılaşıb. 

İşğalçı sionistlər mayın 10-dan Qəzzə zolağına və fələstinlilərə qarşı vəhşicəsinə hücumlara başlayıblar, bu hücumlar nəticəsində 69 uşaq, 39 qadın və 17 qoca daxil olmaqla 248 fələstinli şəhid olub, min 910 nəfər isə yaralanıb.