İyun 30, 2021 20:02 Asia/Baku
  • Riyad Mansur
    Riyad Mansur

Fələstinin BMT-dəki nümayəndəsi, sionist rejimin üç ay ərzində fələstinlilərə məxsus 72 evi dağıtdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin BMT-dəki nümayəndəsi BMT baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Estoni və bu təşkilatın Baş Assambleyasının sədri Volkan Bozkıra ünvanladığı məktublarda işğal olunmuş ərazilərdə sionist rejimin işğalçı qüvvələri və ekstremist qəsəbə sakinlərinin fələstinlilərə hücumları barədə xəbərdarlıq edib.

Mənsur bu məktubda diqqətə çatdırıb ki, üç ay ərzində 72 evin dağıdılması 78 fələstinlinin, o cümlədən 47 uşaq və 15 qadının didərgin düşməsinə səbəb olub, həmçinin 424-ü uşaq olmaqla 970 nəfərdən ibarət 218 digər fələstinli ailə isə sionist rejim məhkəmələrində evlərinin boşaldılması üzrə işlərə baxılmasını gözləyirlər.  

Riyad Mansur, İsrail rejiminin fələstinlilərin evlərini dağıtmaq üçün başqa bir kampaniyaya start vermək niyyətində olduğunu bildirib

O, deyib: "İşğalçı rejimin başçıları Qəzzə zolağına qarşı hava hücumlarını davam etdirirlər ki, bunun nəticəsində bölgədəki infrastrukturlar və əkin sahələrinə ciddi ziyan dəyib".

Fələstinin BMT-dəki nümayəndəsi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Kömək və İş Agentliyinin humanitar yardımların artırılmasına dair müraciətinə toxunaraq, Təhlükəsizlik Şurasının bu mövzuda üzərinə düşən vəzifələri yerinə yetirməli və bütün qətnamələrini həyata keçirmək üçün ciddi tədbirlər görməli olduğunu vurğulayıb.

Sionist rejim hərbçiləri dünən səhər Qüdsdəki "Selvan" bölgəsinə hücum edərək, fələstinlilərin evlərini dağıdıblar.

Teqlər