İyul 29, 2021 19:50 Asia/Baku
  • Sionistlər Məsciduləqsaya basqın ediblər

Media mənbələri sionist qəsəbə sakinlərinin və sionist hərbçilərin Məsciduləqsaya basqın etmələrindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən,Sionist qəsəbə sakinləri bu gün səhər saatlarında sionist hərbçilərin himayəsi altında Məsciduləqsaya basqın ediblər.

Sionist qəsəbə sakinləri Məsciduləqsanın səhnlərinə basqın etdikdən sonra anti-İslam şüarlar veriblər. Bu basqın nəticəsində sionistlərlə fələstinlilər arasında şiddətli toqquşma baş verib.

Bu hücumun fonunda qeyd edək ki, Fələstin müqavimət qrupları ötən günlərdə Məsciduləqsaya qarşı hər hansı bir yeni təcavüz haqda sionist qəsəbə sakinləri ilə sionist hərbçilərə xəbərdarlıq etmiş və bildirmişdilər ki, «Qüds qılıncı» döyüşü kimi bundan sonra da Təl-Əvivin mövqelərini hədəfə almaq üçün müqəddəslərin çağırışına ləbbeyk deyəcəklər.

Qeyd edək ki, sionist qəsəbə sakinləri son zamanlar İordan çayının qərb sahilindəki Bita bölgəsində yerləşən «Cəbəl Səbih» qəsəbəsini qəsb etmişdilər ki, orada sionist qəsəbəslama həyata keçirilmiş olsun. Lakin fələstinlilər geniş aksiyalar keçirmək və sionistlərlə toqquşmaqla onları «Cəbəl Səbih» qəsəbəsindən çıxmağa məcbur etdilər.

SİONİSTLƏR MƏSCİDULƏQSAYA BASQIN EDİBLƏR

Teqlər