Fələstinli bir uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib
https://azeri.sahartv.ir/news/fələstin-i380534-fələstinli_bir_uşaq_sionist_rejim_hərbçiləri_tərəfindən_şəhid_edilib
Qəzzə zolağının şərqində sionist rejim hərbçilərinin atəşaçması nəticəsində yaralanmış fələstinli bir uşaq bir həftədən sonra aldığı yaralardan şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2021 11:37 Asia/Baku
  • Fələstinli bir uşaq sionist rejim hərbçiləri tərəfindən şəhid edilib

Qəzzə zolağının şərqində sionist rejim hərbçilərinin atəşaçması nəticəsində yaralanmış fələstinli bir uşaq bir həftədən sonra aldığı yaralardan şəhid olub.

SəhərAzəri-nin verdiyi məlumata görə, keçən həftə Qəzzə zolağının şərqində keçirilən aksiyalar zamanı sionist rejim hərbçilərinin atəşaçması nəticəsində ağır yaralanmış "Ömər Həsən Əbu Əl-Nil" adlı fələstinli uşaq şəhid olub. 

Həmçinin, Qəzzə zolağının şərqində son "Qayıdış Haqqı" yürüşləri zamanı sionist hərbçilər tərəfindən güllə yarası almış 32 yaşlı "Usamə Xalid Ədii" bir neçə gün əzab-əziyyətdən sonra ötən çərşənbə axşamı, şəhid olub.

Sionist rejim hərbçilərinin düşmənçilik hərəkətləri elə bir haldadır ki, bundan əvvəl Fələstinin müqavimət qrupları sionistlərə Qüdsdə və İordan çayının qərb sahilində fələstinlilərə qarşı istənilən təcavüzkar hərəkət barədə xəbərdarlıq ediblər.