Yan 18, 2022 13:04 Asia/Baku
  • Sionist hərbçilər
    Sionist hərbçilər

Sionist hərbçilərin İordan çayının qərb sahilinin şimalına qarşı hücumunda onlarla fələstinli yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, sionist hərbçilər dünən gecə Nablusun şimal-qərbində yerləşən Bərqə qəsəbəsinə hücum ediblər. Onlarla fələstinli gənclər arasındakı toqquşma nəticəsində iyirmi nəfər yaralanıb.

Sionist hərbçilər rezin güllələr atıb, gözyaşardıcı qaz buraxmaqla onların bu qəsəbədən çıxmalarını tələb edən fələstinli etirazçılara hücum ediblər.

Nablusun cənubunda yerləşən Bita qəsəbəsində də sionist hərbçilərlə sionist qəsəbə salmalara etiraz edənlər arasında baş verən toqquşma zamanı səkkiz fələstinli yaralanıb.

İordan çayının qərb sahilinin şimalında qəsbkar rejim qüvvələrilə fələstinlilər arasındakı toqquşmalar artıbdır. Bu bölgənin əhalisi sionist qəsəbə sakinlərinin onların mənzilləri və kəndlərinə hücumlarına etiraz edirlər.

 

Teqlər