Fev 05, 2022 17:19 Asia/Baku

Bəzi ölkələrin sionist rejimin Afrika İttifaqına müşahidəçi üzv olaraq, seçilməsini ləğv etmək üçün hərəkətə keçdiyi bir vaxtda Fələstin Özünü İdarəetmə Təşkilatı işğalçı rejimin bu üzvlüyə layiq olmadığını bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim bu yaxınlarda Afrika Birliyinə "müşahidəçi" üzv qismində qəbul edilib ki, bu da, müxtəlif fələstinli qrupların reaksiyasına səbəb olub.

Afrika İttifaqının 35-ci Zirvə toplantısının keçirilməsi fonunda Fələstin Özünü İdarəetmə Təşkilatının baş naziri Məhəmməd Əştiyyə dünən axşam bu təşkilatın prezidenti Mahmud Abbasın tapşırığı ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə səfər edib.

Məhəmməd Əştiyyə şənbə günü verdiyi bəyanatda,  rəsmi Ramallahın sionist rejimin Afrika İttifaqına müşahidəçi üzv kimi seçilməsinə qarşı olduğunu bildirib və deyib: "İsrail rejimi  fələstinlilərə qarşı irqçi davranışına görə mükafatlandırılmamalıdır".

Əştiyyə sionist rejimin Afrika Birliyinə üzv seçilməsini bu rejimə layiq olmadığı mükafatın verilməsi kimi dəyərləndirib və əlavə edib: "Bu təşkilat İsrailin Afrika Birliyinə üzvlüyü ilə bağlı qərarın ləğv edilməsini istəyir".

Teqlər