Fələstinli məhbusların kütləvi aclıq aksiyası başlayır
https://azeri.sahartv.ir/news/fələstin-i387085-fələstinli_məhbusların_kütləvi_aclıq_aksiyası_başlayır
Sionist rejim həbsxanalarında olan fələstinli məhbuslar aclıq aksiyası keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 19, 2022 07:35 Asia/Baku
  • Fələstinli məhbusların kütləvi aclıq aksiyası başlayır

Sionist rejim həbsxanalarında olan fələstinli məhbuslar aclıq aksiyası keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim həbsxanalarında olan fələstinli məhbuslar son həftələrdə İsrail məhkəmələrini boykot etmək, təhlükəsizlik istintaqlarına qarşı çıxmaq, həbsxanalarda oturaq aksiyası keçirmək, bəzən isə yeməkləri geri qaytarmaq kimi hərəkətlərə əl atıblar. 

Əl-Məyadin telekanalının məlumatına görə, fələstinli məhbuslar aclıq aksiyasının mübarək Ramazan ayından əvvəl başlayacağını vurğulayıblar. 

Fələstinli məhbuslar deyirlər ki, sionist rejim heç bir dəstəkçimiz olmadığına inandığı üçün bizimlə pis rəftar edir.

Fələstinli məhbuslar, həmçinin xalqları hərəkətə gətirmək və beynəlxalq təşkilat və qurumlara və ictimai rəyə təsir etmək üçün media dəstəyini istəyiblər.

Fələstinli məhbuslar son illərdə sionist rejim həbsxanalarında dəfələrlə aclıq aksiyası keçiriblər; 2014-cü ildə təqribən 220 fələstinli məhbus mühakimə olunmadan saxlanmalarına etiraz olaraq, 63 gün aclıq aksiyası keçirib.