Apr 02, 2022 15:17 Asia/Baku
  • Qərb sahilində üç fələstinli gənc şəhid edilib

Sionist rejim hərbçiləri Cenin şəhərinin cənubunda üç fələstinli gənci şəhid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif hissələrinə keçirdikləri basqın zamanı fələstinliləri şəhid edir, yaralayır, həbs edir və məhbəsə atırlar.

Sionist rejim hərbçiləri bu gün Cenin şəhərinin cənubunda yerləşən Ərabə qəsəbəsinin girəcəyinin yaxınlığında atəş açmaqla üç fələstinli gənci şəhid ediblər.

Müşahidəçilər bu haqda deyiblər ki, sionist hərbçilər Fələstin Qırmızı Aypara Cəmiyyətinin yardım avtomobillərinin bu fələstinli gənclərin şəhid olduqları məkana yaxınlaşmalarını qadağan ediblər, zira onların cənazələrini təhvil vermək niyyətində belə, deyillər.

Sionist rejimin düşmənçilik hərəkətlərinin fonunda qeyd edək ki, fələstinli müqavimət qrupları dəfələrlə sionistlərə Qüdsdə və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hər hansı təcavüzkar hərəkət barədə xəbərdarlıq ediblər.

 

Teqlər