Minlərlə fələstinli Ramazan ayının ilk cümə namazını Əl-Əqsa məscidində qılıb
Media mənbələri mübarək Ramazan ayının ilk cümə günündə 80 min fələstinlinin Əl-Əqsa məscidində cümə namazı qıldığını bildiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, sionist hərbçilərin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 80 min fələstinli müqəddəs Ramazan ayının ilk cümə namazını Əl-Əqsa məscidində qılıb.
Məlumata əsasən, sionist rejim polisi İordan çayının qərb sahili və Qəzzə zolağından olan 40 yaşdan aşağı kişilərə Əl-Əqsa məscidində namaz qılmağı qadağan edib və yalnız 40-50 yaşlı kişilərə icazə vərəqəsi ilə məscidə daxil olmaq icazəsi verilib.
Məlumatda əlavə olunub ki, Qüds küçələri sionist rejim qüvvələrinin yerləşdirilməsinin şahidi olub və sionist polis Qüdsun qədim məhəlləsinə bitişik küçələri bağlayıb və avtomobillərin keçməsinə mane olub.
Sionist rejim mediasının məlumatına görə, Qüdsdə 3 min polis qüvvəsi yerləşdirilib, həmçinin İordan çayının qərb sahilində ciddi təhlükəsizlik tədbirləri görülüb.