May 03, 2022 13:03 Asia/Baku
  • Fitr bayramı günündə sionist hərbçilər qərb sahilinə hücum ediblər

Fitr bayramının tətil günlərinin ilk günündə qərb sahilinin məhəllələrinə qarşı hücumlarını davam etdirən sionist hərbçilər bir qrup fələstinlini yaralayıb və ya həbs ediblər.

SəhərAzəri-nin məlumatına əsasən,sionist rejim hərbçiləri dünən, qərb sahilində yerləşən Tulkərm şəhərinin şərqindəki Kəfər-Əlbələd qəsəbəsində fələstinli gənclərə hücum edib, onları amansızcasına döyüblər. Sionist rejim hərbçiləri həmçinin rezin güllələrlə atəş açıb, onlarla fəslətinlini yaralayıblar.

Müşahidəçilərin bildirdiklərinə görə, toqquşmalar zamanı yaralıları müalicə edən Əhməd Məhfuz adlı yetmiş yaşlı həkim boynundan hədəfə alınıb və yaralanıbdır. Gözyaşardıcı qazla tənəffüs nəticəsində bədən xəsarəti alan çox sayda fələstinli də məkanda, ambulator formada müalicə olunub.

Qəsbkar sionist hərbçilər həmçinin Ramullah şəhərinin qərbində yerləşən Nəəleyn qəsəbəsində Fitr bayramı namazı qılındıqdan sonra fələstinli namazqılanlara basqın edib, üç fələstinli gənci yaralayıblar.

Teqlər