Sionistlərin hücumu nəticəsində 50 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/fələstin-i388858-sionistlərin_hücumu_nəticəsində_50_fələstinli_yaralanıb
Xəbər mənbələri cümə günü gecə saatlarında sionist hərbçilərin Qərb sahilinin şimalında fələstinlilərə hücumu nəticəsində 50 fələstinlinin yaralandığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2022 08:24 Asia/Baku
  • Sionistlərin hücumu nəticəsində 50 fələstinli yaralanıb

Xəbər mənbələri cümə günü gecə saatlarında sionist hərbçilərin Qərb sahilinin şimalında fələstinlilərə hücumu nəticəsində 50 fələstinlinin yaralandığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist hərbçilər Nablusun cənub və şərqində yerləşən Qəryut və Beyt Decən kəndlərində fələstinli gənclərlə toqquşublar.

Fələstinin səhiyyə mənbələrinin məlumatına görə, sionist hərbçilər rezin güllələr və gözyaşardıcı qaz ataraq, 50 fələstinlini yaralayıblar.

Məlumata görə, fələstinlilər İordan çayının qərb sahilində qəsəbələrin salınmasına etiraz ediblər ki, sionist hərbçilərin hücumuna məruz qalıblar.

Sionist rejim sionist yaşayış məntəqələri inşa etməklə və onları  genişləndirməklə bu ərazilərin demoqrafik qurulşuşunu sionistlərin xeyrinə dəyişdirməyə və Fələstin torpaqlarının işğalını əbədiləşdirməyə çalışır.