Fev 02, 2023 16:34 Asia/Baku
  • Sionist rejim Qəzzəyə hava hücumu edib

Sionist rejiminin qırıcıları Qəzzədə müqavimət hərəkatının yerləşdiyi mövqelərə 5 ədəd raketlə zərbələr endirib.

 

SəhərAzəri-nin məlumatına əsas, bu barədə Əl-Məyadin xəbər agentliyi məlumat yayaıb.

Məlumata görə, Qəzzəyə bir neçə raket zərbələrinin endirildiyi vaxtda Qəzzənin sionist düşərgələrinə də raket zərbələri ilə cavab verilib.

HƏMAS-ın sözcüsü Hazim Qasim deyib: “Sionist rejim Qəzzəni bombalamaqla öz təcavüzkarlığını davam etdirir və bu cinayət əməli daha da şiddətlənir. Buna baxmayaraq Əl-Qəssam briqadası Fələstin xalqını qorumaq üçün mübarizəyə davam edəcəkdir”.

 Eyni zamanda Əl-Cəzirə televiziya kanalı da Sionist rejimi medialarının Qəzzə ətrafında yerləşən  "Sderot" və "Niram" sionist şəhərlərində həyəcan siqnallarının çalındığı xəbərlərinin yayımladığını bildirib. 

Həmçinin sionist rejimi informasiya mənbələri sionist qırıcılarının müqavimətçilərin güclü atəşinə tuş gəldiyini də etiraf ediblər. 

Teqlər