Apr 13, 2023 17:26 Asia/Baku
  • Qəzzədə Qüds gününə hazırlıq görülür

Ümumdünya Qüds gününün yaxınlaşması ilə/ fələstinli mənbələr/ Qəzzə zolağında “Qərb sahili Qüdsün qalxanıdır” şüarı ilə bu günün özəl tədbir və fəaliyyətlərinin başlanmasından xəbər verirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin parlamenti Ümumdünya Qüds günü münasibətilə ərəb və beynəlxalq parlamentlərin üzvlərinin iştirakı ilə “Təcavüzlər qarşısında Məscidüləqsanı himayə yolları” adı altında virtual konfrans keçirib. Bu konfransla bir zamanda, yüzlərlə fələstinli aktivist Qüds gününü qeyd etmək üçün sosial şəbəkələrdə “Qərb sahili Qüdsün qalxanıdır” həştəqli bir mərasimdə iştirak edib.

Bu böyük tədbirin məsul şəxsləri vurğulayıblar ki, “Qərb sahili Qüdsün qalxanıdır” şüarı Fələstin, Livan , Suriya və Qəzzə zolağında baş vermiş son olaylara əsasən seçilibdir.

Fələstinli fəallar israr ediblər ki, “Qərb sahilinin Qüdsün qalxanı” olmasına dair müraciətlərini hamının nəzərinə çatdıra bilmək üçün virtual mühitlərdə təsirli iştiraka malik olmalıdırlar..

 

 

Teqlər