May 10, 2023 21:58 Asia/Baku
  • Sionist ordusu Qəzza bölgəsində “Səraya əl-Qüds”-ün dəniz donanmasına hücum edib

Sionist rejimin helikopterləri Qəzzada “Səraya əl-Qüds” hərbi dəniz bazasına hücum edib.

SəhərAzəri-nin məlumatına görə, çərşənbə axşamı sionist rejimin helikopterləri Qəzzanın mərkəzində İslami Cihad hərəkatının “Səraya əl-Qüds” hərbi hissəsinin dəniz bazasını hədəfə alıb.

 Qeyd edək ki, sionist mətbuatı, cinayətkar İsrail ordusunun Qəzza zolağının sərhəd məntəqələrində tank və artilleriyasını yerləşdirdiyini bildirib.

Xatırladaq ki, qəddar sionistlərin Qəzza zolağına bugünkü təcavüzündən sonra 2000-dən çox mühacir müqavimətin reaksiyasından qorxaraq Qəzzə ətrafındakı yaşayış məntəqələrini tərk edib.

Fələstinin Səhiyyə Nazirliyi Qəzzada törədilən cinayət nəticəsində şəhid olanların sayının 4-ü uşaq, 4-ü qadın olmaqla 15 nəfərə çatdığını açıqlayıb.

 

Teqlər