Qəzzə şəhidlərinin sayı on bir min nəfəri ötüb keçib
Qəzzədəki dövlət informasiya bürosu bildiribdir ki, oktyabrın yeddisindən bəri Qəzzə zolağı şəhidlərinin sayı on bir min yüz nəfəri, yaralıların sayı isə iyirmi doqquz min nəfəri ötüb keçibdir.
Bu məlumata görə, şəhidlərin səkkiz min nəfərindən çoxunu qadın və uşaqlar təşkil edirlər.
Sözügedən orqan vurğulayıbdır ki, Qəzzə zolağının ardıcıl və şiddətli şəkildə bombardman edilməsi səbəbindən, Fələstin səhiyyə nazirliyi bu gün şəhid və yaralıların sayı barədə dəqiq statistika əldə edə bilməyib.
Qəzzədəki dövlət informasiya bürosu bildiribdir ki, cinayətkar sionist rejim ordusu Qəzzədə yerləşən qırx bir min mənzili tam, iki yüz iyirmi iki min mənzili isə qismən dağıdıbdır.
Bu dövlət orqanı onu da bildiribdir ki, işğalçı hərbçilər Qəzzədəki Əlşifa, Əlrəntisi və Ələyun xəstəxanalarını mühasirədə saxlamaqda davam edirlər.