Sionist əsirlərin ailələri Netanyahuya təzyiq göstərmək üçün aksiya keçiriblər
Noy 14, 2023 20:26 Asia/Baku
Sionist əsirlərin ailələri Təl-Əvivdən işğal olunmuş Qüdsədək uzanan öz ikigünlük aksiyalarına başlayıblar.
Qəzzə zolağında, Fələstin müqavimətinin yanında saxlanılan sionist əsirlərin ailələri və onların hamiləri sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun nazirlər kabinetinə daha çox təzyiq göstərmək üçün bu gün sözügedən aksiyaya start veriblər. Onların məqsədi, qohumlarının azad edilməsi və sionist rejim hökumətini əsirlər mübadiləsini qəbul etməyə məcbur etməkdir.
Aksiya/ sionist əsirlərin ailələrinin Təl-Əvivdə keçirilən mətbuat konfransından və onların/ əsir qohumlarının taleyi barədə cavabdeh olmadıqlarına görə, Təl-Əviv başçılarını kəskin tərzdə tənqid etmələrindən sonra başlanıb.