Yaxın Şərqdəki münaqişə genişlənə bilər
https://azeri.sahartv.ir/news/fələstin-i405505-yaxın_Şərqdəki_münaqişə_genişlənə_bilər
Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim Qəzzə müharibəsinin yayılmasını istisna etməyib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 16, 2023 07:28 Asia/Baku
  • Yaxın Şərqdəki münaqişə genişlənə bilər

Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim Qəzzə müharibəsinin yayılmasını istisna etməyib.

O, İsrail-Livan arasındakı sərhəddə vəziyyətin gərginləşməsi fonunda “total müharibənin” mümkünlüyünə dair sualın cavabında deyib ki, bu, Qəzzədəki müharibənin gedişatı və İsrailin bu ümumi müharibəni başlatmaq qərarından asılıdır.

Hərəkat rəsmisi qeyd edib ki, Hizbullahın İsrailin hücumuna nə cür cavab verəcəyi və onun qarşısını nə cür alacağı ilə bağlı planı var.

“Əgər bizə hücum etsələr, müdafiə olunmalı olacağıq və biz bütün qüvvəmizi hərəkətə gətirəcəyik”, – deyə o əlavə edib.