"Financial Times":
“Sülhə nail olmaq üçün əsas maneə qərbdir”
Dünya Ukraynanın Rusiya ilə münaqişəni davam etdirməyə çalışdığına görə ona yardıma ehtiyac olduğuna şübhə etməyə başlayıb.Bu barədə "Financial Times" məlumat yayıb.
"Kim həqiqətən Kiyevin əraziləri "geri ala biləcəyinə" inanır?", - "Financial Times" sual verir.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki vəziyyətin pisləşməsi ilə əlaqədar Qərb ölkələrinin Ukraynaya yardımı artıq normal qarşılanmır, ona görə də dünya getdikcə ölkədə münaqişənin nə vaxt bitəcəyi barədə düşünür.
İctimaiyyət indi hesab edir ki, sülhə nail olmaq üçün əsas maneə Rusiya deyil, Qərb və Ukraynadır.
Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib ki, Rusiya ilə münaqişəni dondurmaq deyil, başa çatdırmaq lazımdır. Lakin o, bunun Ukrayna şərtləri ilə olmasını arzuladığını vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə deyib ki, Ukrayna bir sıra məsələlərin həlli ilə bağlı Rusiya ilə dialoq aparmaqdan imtina edir. Dövlət başçısının sözlərinə görə, Moskva bütün ziddiyyətlərin danışıqlar yolu ilə həll edilməsi ilə razılaşır, lakin Zelenski bunları qadağan edən fərman qəbul edib. Nəticədə, Rusiya dialoqun olmasına məcbur edə bilməz.