İsrail beynəlxalq normaları kobud şəkildə pozur
https://azeri.sahartv.ir/news/fələstin-i405925-İsrail_beynəlxalq_normaları_kobud_şəkildə_pozur
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsrail rejimi tərəfindən Dəməşq Hava Limanına zərbələrin endirilməsini şiddətlə qınayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Noy 28, 2023 08:22 Asia/Baku
  • İsrail beynəlxalq normaları kobud şəkildə pozur

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsrail rejimi tərəfindən Dəməşq Hava Limanına zərbələrin endirilməsini şiddətlə qınayıb.

Mariya Zaxarova bu barədə deyib: “Biz Suriya ərazisinə davam edən hücumları bu dövlətin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması kimi qiymətləndirir və İsrailin mühüm mülki infrastruktur obyektinə son təxribatçı hücumunu şiddətlə qınayırıq”.

Qeyd edək ki, ötən gün İsrail ordusu Dəməşq Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına zərbələr endirib. Nəticədə bütün müntəzəm reyslər Hələb və Laziqiyyə hava limanlarına köçürülüb.