Noy 28, 2023 12:17 Asia/Baku
  • Fələstin xalqı HƏMAS-dan imtina etməz - TƏHLİL

İran İslam Respublikası Birləşmiş Ştatların Qəzzədə müharibə tərəflərindən biri olduğu və İsrail rejimini tam şəkildə dəstəklədiyi üçün onun bölgənin gələcəyinə müdaxiləsini birmənalı şəkildə rədd edir.

Amerika və sionist rejim hakimiyyəti HƏMAS qüvvələrinin 7 oktyabr əməliyyatları və bunun ardınca sionist rejimin Qəzzə zolağına hərbi təcavüzündən sonra Qəzzə ilə bağlı planları barədə dəqiq və aydın bəyanat verməkdən çəkinsələr də, onların seçdikləri variantlar bəzən mətbuata sızmaqdadır.

Sionist rejim iddia edir ki, Qəzzəni işğal etmək niyyətində deyil, ancaq 7 oktyabr hücumundan sonra Həmas hakimiyyətinin davam etdirilməsini də qəbuledilməz sayır.

ABŞ dövlət katibi Entoni Blinken isə bununla bağlı deyib: “Biz əvvəlki vəziyyətə, yəni Qəzzənin HƏMAS tərəfindən idarə olunmasına qayıda bilmərik”.

Bu kimi bəyanatlar göstərir ki, amerikalılar sionist rejimin Qəzzəyə hücumlarının davam etdirilməsinin əsas amili olaraq bu regionun gələcəyi üçün müxtəlif variantları nəzərdən keçirirlər; Qəzzə zolağının Fələstin Administrasiyası tərəfindən nəzarətə götürülməsi, Qəzzə zolağının BMT tərəfindən müvəqqəti idarə olunması, Qəzzə zolağında sülhməramlı qüvvələrin yerləşdirilməsi və ya Qəzzə zolağına nəzarətin bəzi ərəb ölkələrinə həvalə edilməsi bölgənin gələcəyi ilə əlaqədar indiyə qədər müzakirə edilən variantlardandır.

Əhəmiyyətli məqam odur ki, bütün bu variantlarda ortaq məxrəcə HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq və fələstinlilərin öz müqəddəratlarını təyin etmək hüququna məhəl qoymamaq özünü göstərməkdədir. Halbuki xalq arasında hərəkata İnam itirilməyib və Qəzzə zolağındakı müharibədən sonra bu hərəkatın populyarlığı hətta yuxarı dərəcədə artıb.

İsraildəki Orad Araşdırma Mərkəzinin araşdırması da göstərir ki, müharibə nəticəsində İordan çayının qərb sahilində belə HƏMAS-a dəstək yüksək səviyyəyə çatıb və rəy sorğusunda iştrak edən respondentlərin 90 faizi bu hərəkatı dəstəklədiklərini ifadə ediblər.

Məsələ burasındadır ki, fələstinlilər son yeddi onillikdə belə bir nəticəyə gəliblər ki, sionist işğalçılara qarşı mübarizədən başqa yol yoxdur; Kemp Deyvid və Oslodakı razılaşmalara gətirib çıxaran danışıqlar və sülh səyləri Fələstin xalqı üçün heç bir nəticə vermədi, çünki onlar nəinki öz müqəddəratını təyinetmə hüququnu əldə etmədilər, hətta sionistlərin ekspansionist hərəkətləri və Fələstin xalqına qarşı cinayətləri artdı.  

Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasının prezidenti fələstinlilərin öz torpaqlarını geri almaq üçün müqavimətini, eləcə də Qəzzədə xalqın səsverməsi ilə hakimiyyətə gəlmiş HƏMAS hökumətinin legitimliyini və qanuniliyini dəstəkləməklə yanaşı, Amerikanın hər hansı müdaxiləsini pisləyib.

 

Teqlər