Dek 01, 2023 12:31 Asia/Baku
  • Qəzzədə atəşkəs başa çatdı, sionist rejim hücumları yenidən başladı

Fələstinin Daxili İşlər Nazirliyi bildirib ki, sionist rejimin qırıcıları Qəzzə zolağının səmasında uçurlar və bu rejimin tankları Qəzzənin şimal-qərbini atəşə tutublar

Qəzzədə bir həftəlik müvəqqəti atəşkəs onun uzadılması ilə bağlı heç bir razılaşma olmadan bu gün yerli vaxtla səhər saat 7:00-da başa çatıb və hərbi əməliyyatlar bərpa edilib. 

Əl-Cəzirə telekanalı təcili bir xəbərdə işğalçı sionist rejimin Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərində üç evə hücumları nəticəsində 9 nəfərin şəhid olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.

Sionist işğalçıların Qəzzə zolağının mərkəzindəki Əl-Məğazi düşərgəsindəki “Qəndil” ailəsinin evinə hava hücumu nəticəsində şəhid olanların sayı da artaraq, 7 nəfərə çatıb.

Qəzzə zolağında toqquşmaların yenidən başlamasına baxmayaraq, İsrail və HƏMAS arasında əsir mübadiləsinə dair danışıqlar davam edir.

Fələstin hökumətinin Qəzzədəki media ofisi bir bəyanat yayaraq, bildirib ki, beynəlxalq ictimaiyyət xüsusən də ABŞ, ABŞ prezidenti Co Bayden və ABŞ dövlət katibi Entoni Blinken işğalçı İsrail ordusunun Qəzzə zolağına qarşı vəhşicəsinə hücumları və xalqın amansızca qırğın edilməsinə görə məsuliyyət daşıyır. 

Fələstin hökumətinin Qəzzədəki media ofisi vurğulayıb ki, ABŞ hökuməti və beyməlxalq ictimaiyyət İsrailə müharibə qanunu və beynəlxalq humanitar hüquqa məhəl qoymadan Qəzzə zolağına hücumlarını davam etdirmək üçün yaşıl işıq yandırdı və buna görə də, işğalçı İsrailin cinayətlərinə və Qəzzədə dinc sakinlərə, uşaqlara və qadınlara qarşı apardığı amansız müharibəyə görə məsuliyyət daşıyırlar".

"Fələstin xalqının özünü hər cür və hər bir vasitə ilə müdafiə etmək, öz azadlığını və müstəqilliyini əldə etmək, beynəlxalq qanunlara uyğun olaraq paytaxtı Qüds olan Fələstin dövləti qurmaq və torpaqlarını işğaldan tamamilə təmizləmək hüququ var", - deyə bəyanatda bildirilir. 

Teqlər