Əl-Nəccar xəstəxanasının direktoru: Qəzzənin səhiyyə sektoru sözün əsl mənasında çöküb
Dek 01, 2023 20:48 Asia/Baku
Şəhid Əbu Yusif Əl-Nəccar xəstəxanasının direktoru deyib: "Qəzzada səhiyyə sektoru sözün əsl mənasında sıradan çıxıb".
Əbu Yusif Əl-Nəccar Xəstəxanasının direktoru Mərvan Əl-Həms atəşkəs zamanı Qəzzəyə daxil olan tibbi yardımın yalnız bir günə kifayət etdiyini qeyd edərək, belə davam edib: "Bu gün Rəfah şəhəri fəlakətdən əziyyət çəkən şəhərdir. Vicdanı olan hər kəsdən Rəfəh keçidini açmağı xahiş edirik.
O, tibbi yardımın ilk partiyasının kəfənlər və Koronavirus xəstəliyi üçün testlər olduğunu bildirərək, deyib: "Xəstələr üçün çarpayı və döşəklərə ehtiyacımız var, çünki onlar yerdə yatırlar və soyuducuların tutumunu aşdığı üçün yerdə uzanan cəsədlərimiz var".