İşğalçı İsrail ordusu özünü Qəzzədə tələyə salıb
Əl-Qəssam Briqadaları daha 41 zirehli maşını məhv etdi
Sionist rejimin 41 zirehli maşını Əl-Qəssam Briqadaları tərəfindən məhv edilib.
HƏMAS-ın hərbi qolu olan Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə bildirib ki, Əl-Qəssam Briqadaları son 72 saat ərzində sionist düşmənin 41 zirehli texnikasını tamamilə və ya qismən məhv edib.
Əl-Qəssam sözçüsü Teleqram mesajında həmçinin 25 israilli əsgərin öldüyünü və onlarla başqa hərbçinin yaralandığını açıqlayıb.
Əbu Übeydə işğalçı İsrail qüvvələrini zireh və piyada əleyhinə raketlərlə hədəf aldıqlarını, onlarla sıfır məsafədən vuruşaraq düşmənin dayaq qüvvələrinə hücum etdiklərini vurğulayıb.
O, əlavə edib: “İki tunelin və bir evin girişini minaladıq və İsrail işğalçı qüvvələri gələndə onları partlatdıq.”
Əl-Qəssam Briqadalarının sözçüsü daha sonra bildirib: “İşğal olunmuş Təl-Əviv şəhəri və işğal altındakı Fələstinin şimalında yerləşən sionist Kiryat Şmona qəsəbəsi də bu briqadaların raket hücumlarına məruz qalıb.