İslam İnqilabının Aliməqamlı Rəhbərindən möhtəşəm açıqlama:
Sionist rejimin cinayətləri onun məhv olmasından sonra da unudulmayacaq
Yan 11, 2024 13:44 Asia/Baku
İran İslam İnqilabının Aliməqamlı Rəhbəri ibranicə tvitində xunta İsrail rejiminin Qəzzədə törətdiyi vəhşiliklərinə münasibət bildirib.
İRNA-nın məlumatına görə, çərşənbə günü, 10 yanvarda Khamenei.ir-ın X (keçmiş Twitter) sosial şəbəkəsindəki istifadəçi hesabında İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin ibrani dilində yeni fikirləri dərc edilib.
Müəzzəm Rəhbərin tvitində deyilir: “Sionist rejimin cinayətləri unudulmayacaq, bu rejim məhv olduqdan və yer üzündən silindikdən sonra da bu cinayətlər və minlərlə uşaq və qadının qətliam edilməsi kitablara yazılacaq.”
Əl-Əqsa Tufanı əməliyyatının başlamasından bəri bu, dördüncü dəfədir ki, khamenei.ir saytı İslam İnqilabının Ali Rəhbərinin cümləsini ibranicə dərc edir.