Yan 28, 2024 16:12 Asia/Baku
  • Livan Hizbullahı Fələstinin şimalına ağır raket zərbələri endirib

Sionist rejim mənbələri bazar günü səhər Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı Yuxarı Əl-Cəlil bölgəsinə raket hücumu edildiyini bildirib.

"İran Press"in məlumatına görə, bəzi mənbələr Yuxarı Əl-Cəlilə doğru ən azı 10 raket atıldığını və ərazidə güclü partlayış səslərinin eşidildiyini bildirib.

Eyni zamanda Livan Hizbullahı şənbə günü axşam sionist rejimin hərbi bazasına hücumun video görüntülərini yayıb. 

Hizbullah bildirib ki, "Məale Golan" kazarmasını hədəfə alıb. 

Hizbullah əlavə edib ki, bu kazarmanı "Fələq-1" raketi ilə hədəfə alıb.

Məlumata görə, raket zərbələri sionist rejimin işğal altındakı Şəba tarlalarında yerləşən Zəbdin kazarmasındakı gizli komandanlıq qərargahının "Fələq 1" raketi ilə hədəfə alınmasından bir neçə saat sonraya təsadüf edir. Bu raket hücumunda bir neçə sionist düşmənin yaralandığı qeyd edilib.

Livan Hizbullahı, həmçinin bir bəyanatda sionist düşmənin "Şomera" kazarmasının yaxınlığındakı mövqelərini raketlə hədəfə aldığını və işğalçıların itki verməsinə səbəb olduğunu açıqlayıb.

Bundan əlavə Hizbullahın bəyanatında vurğulanıb ki, İsrail rejiminin “Ən-Naqurə” bazasındakı casusluq texnikası müvafiq silahlarla hədəfə alınıb və bu bazaya xeyli ziyan dəyib, həmçinin bir neçə işğalçı hərbçi birbaşa hədəfə alınıb.

Livanın Hizbullahı son həftələrdə sionist rejimin Qəzzə zolağında törətdiyi dəhşətli cinayətlərin və bu şəhərdə çoxlu sayda fələstinlinin qırğın edilməsinin ardınca bu rejimin işğal olunmuş ərazilərin şimalındakı hərbi mövqelərini hədəfə alır və bu məsələ bu bölgələrdə yaşayan sionistlərin qorxusuna səbəb olub. 

Son günlər sionist rejim ordusu Livanın sərhəd bölgələrini artilleriya atəşi ilə hədəfə alıb.

İndiyədək on minlərlə sionist mühacir müqavimətin hücumlarının qorxusundan Livanla həmsərhəd qəsəbələri tərk edib.