Təl-Əvivdə rejim əleyhinə etirazlar şiddətə çevrilir
https://azeri.sahartv.ir/news/fələstin-i410126-təl_Əvivdə_rejim_əleyhinə_etirazlar_şiddətə_çevrilir
Ötən gecə işğal olunmuş ərazilərdə sionist rejimin Müharibə Nazirliyinin qarşısında Netanyahu əleyhinə keçirilən aksiyalar şiddət və zorakılığa çevrilib.
(last modified 2024-04-07T05:51:13+00:00 )
Apr 07, 2024 09:50 Asia/Baku
  • Təl-Əvivdə rejim əleyhinə etirazlar şiddətə çevrilir

Ötən gecə işğal olunmuş ərazilərdə sionist rejimin Müharibə Nazirliyinin qarşısında Netanyahu əleyhinə keçirilən aksiyalar şiddət və zorakılığa çevrilib.

Sionist rejim mətbuatı Tel-Əvivdə hökumət əleyhinə mitinqlərdə sionist polislərdən birirnin yaralandığını bildirib.

Sionist Radio və Televiziya Təşkilatı isə, 3 aktivistin avtomobilin altında qaldığını və yaralandığını açıqlayıb.

Qeyd edək ki, minlərlə israilli Təl-Əvivdə növbəti dəfə etiraz aksiyası keçirərək Netanyahunun dərhal devrilməsini və həmçinin Qəzzədə müqavimətlə əsirlərin mübadiləsi üçün təcili razılığın əldə olunmasını tələb ediblər.