HƏMAS hərəkatı Sepahı alqışladı
“İranın hücumu təbii hüquq və layiqli cavab idi”
Apr 14, 2024 15:22 Asia/Baku
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) İranın sionist rejimə qarşı hücumunu təbii və layiqli cavab kimi qiymətləndirib.
HƏMAS bəyanatında hərbi əməliyyatın Dəməşqdəki İran konsulluğunun bombalanması cinayətinə layiqli cavab olduğu vurğulanır.
Bu bəyanatda deyilir: “Biz region ölkələri və xalqlarının sionist rejimin təcavüzünə qarşı özlərini müdafiə etmək üçün təbii haqqı olduğunu vurğulayırıq”.
Bəyanatın başqa bir hissəsində deyilir: “Ərəb və İslam ümmətindən və dünya azadələrindən və müqavimət güclərindən Əl-Əqsa Tufanı əməliyyatına dəstəklərini davam etdirmələrini xahiş edirik”.