Apr 27, 2024 13:52 Asia/Baku
  • Livan Hizbullahı sionist rejimin hərbi karvanı üçün kombinə edilmiş pusqu qurub

Livan Hizbullahı işğal olunmuş Fələstinin şimalında yerləşən «Ruysat Ələləm» bazasının yaxınlığında sionist rejimin hərbi karvanı üçün kombinə edilmiş pusqudan səhnələr sərgiləyib.

Sionist rejimin «Valla» informasiya saytı dünən gecə Livanın cənubundan qəsb edilmiş Cövlanın şimal bölgələrinə tərəf otuza yaxın raketin atıldığını bildirib.

Sionist rejim ordusunun radiosu da bu rejimin şimal qəsəbələrinə tərəf on raketin atıldığından xəbər verib.

Sionist rejim mənbələri də bildiriblər ki, qəsb edilmiş Fələstinin şimalında yerləşən işğal olunmuş Cövlan və Yuxarı Əlcəlil bölgələri ötən saatlarda üçüncü dəfə geniş miqyaslı raket hücumu hədəfinə çevriliblər.

Bu hücumlar/ sionist rejimin/ Livan İslami Camaat Hərəkatının hərbi qolu olan Fəcr qüvvələrinin komandirlərindən iki nəfəri daşıyan avtomobilə qarşı namərdcəsinə hücumuna və Musəb və Bilal Xələf adlı həmin iki komandirin şəhid edilməsinə cavab olaraq həyata keçirilib.