Qəzzənin müxtəlif bölgələrinə qarşı hücumlarda onlarla nəfər şəhid olub və yaralanıb
Sionist rejim dünya və region səviyyələrində kəskin tərzdə pislənilsə də, müharibənin iki yüz on səkkizinci günündə Qəzzəyə qarşı təcavüzlərini davam etdirməkdədir. Bu rejim bu gün səhər Qəzzə zolağının bir neçə məhəlləsinə qarşı yeni hücumlar keçirib. Bu hücumlarda bir qrup fələstinli şəhid olub, onlarla nəfər də yaralanıbdır.
Fələstinli jurnalist Bəha Əkaşə/ sionist rejim/ Qəzzə zolağının şimalında yerləşən Cibaliya düşərgəsindəki evlərini bombalayarkən həyat yoldaşı və oğlu ilə yanaşı şəhid olub.
Digər tərəfdən, sionist rejim qırıcıları Qəzzə zolağının şimalında yerləşən «Şeyx Zaid» qüllələri, Beyt-Lahiya bölgəsi və Cibaliyada yerləşən «Əlqəsasib» prospektindəki bir neçə fələstinli mənzilini bombalayıblar.
Eyni zamanda, Qəzzə şəhərinin mərkəzində yerləşən qədim Qəzzə məhəlləsində «Siyam» ailəsinin evinin bombalanması nəticəsində bir neçə fələstinli şəhid olub və yaralanıbdır.
Həmçinin Qəzzə zolağının mərkəzində yerləşən Əl-Zəvaidə şəhərində yaşayan Əlxətib ailəsinə aid olan evin bombalanması nəticəsində azı on nəfər şəhid olub, bir qrup insan da yaralanıbdır.
Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin mərkəz və şərq hissələri də sionist rejimin şiddətli artilleriya hücumlarının şahidi olublar.
Sionist rejim qırıcıları Rəfəhin şərqində yerləşən Əlcəninə məhəlləsini də bombalayıblar.
Ötən həftənin çərşənbə axşamı günü Rəfəh sərhəd keçidini qəsb edib, Qəzzə zolağına yardımların girişini dayandıran işğalçı rejim/ Qəzzədə/ fələstinlilərə qarşı blokadanı,/ qıtlığı/ və soyqırım müharibəsini davam etdirmək niyyətindədir.
Sionist rejim ordusu Rəfəh keçidini işğal etməklə,// vasitəsilə/ yardımların Qəzzə zolağına daxil olduğu bu zolaqdakı əsas quru keçidini/ bağladı. Bu hərəkət/ xüsusən/ yanacaq və qida maddələrinin çatışmazlığı səbəbiylə insan fəlakətinin şiddətlənməsi təhlükəsini yaradır.