Fev 17, 2022 13:34 Asia/Baku
  • 29 Bəhmən (18 fevral) Təbriz qiyamı

Şahlıq rejimi tərəfindən Qum Dini Elmlər Hövzəsinə hücum nəticəsində şəhid edilənlərin qırxı günü 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, "29 Bəhmən Qiyamı" adı ilə tarixə düşdü.

 

SəhərAzəri -1978-ci ilin yanvarında İranın Qum şəhərində yerləşən Qum Dini Elmlər Hövzəsində etiraz nümayişinin dağıdılması zamanı polis silah işlətmişdir.

Qum hadisələrinin 40-cı günü -1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu,  "29 Bəhmən Qiyamı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi.

Hökumət tələsik hərbi qüvvələri nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi;

ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah rejiminin İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı, 2 minədək adam öldürüldü və yaralandı.

Teqlər