İmam Xomeyni(rə) eşqi
Sabah 4 iyun İran İslam Respublikasının dahi memarı İmam Xomeyni(rə)-in vəfatının 28-ci ildönümü günüdür. Bu il İmam Xomeyni(rə) aşiqləri mübarək Ramazan ayında o həzrətin pak hərəmində bir araya gələrək, bir daha sədaqət andı içərək, İmamın yolunu davam etdirəcəklərini vurğulayacaqlar.
Müharibə xarabalıqlarının dərinliklərindən yüksələn ana fəryadı hamını lərzəyə gətirmişdi. Bir olan Allaha təvəkkül edərək, ürəklərin imamına sədaqətini fəryad edirdi. Müasir rabitə imkanlarının olmadığı o dövrdə aşiqləri İmama sevgilərini belə bəyan edərdilər.
İmamın şəkli Ayın üzərində deyildi. İmamın şəkli sinələrə həkk olunmuşdu.
Adı gəldikdə, müraciəti eşidildikdə hamı sanki yenidən ruhlanırdı.
Hərbçi:
Bizim uşaqlarımız İmamın aşiqidirlər. Onların çoxu hətta İmamı bir dəfə olsun belə görməmişdilər. Amma, uğruna canlarını fəda etməyə hazır idilər.
Əsgər:
İmamın şəklinə baxıb, ondan ruhiyə alırıq.
Çətin günlər gəlib keçdi. Müharibə başa çatdı. İndi növbə yeni nəslin idi. İmamı sadəcə kitablar və vido-yazılar üzündən tanımağa çalışan bir nəsil.
Müasir gənc:
İmamın əsas xüsusiyyətlərindən biri qətiyyətli olması idi.
Müasir gənc:
İmamın əsas xüsusiyyəti şücaətli olması idi.
Müasir gənc:
İmam xalqdan heç bir şeyi gizlətməzdi, sədaqətli idi.