İmam Husəyn(ə)-ın pak zirehi qaraya bürünüb
https://azeri.sahartv.ir/news/münasibət-i347729-İmam_husəyn(ə)_ın_pak_zirehi_qaraya_bürünüb
Məhərrəm ayının gəlib çatması ilə bir zamanda dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın müqəddəs Kərbəla şəhərində yerləşən pak zirehi qaraya bürünüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2019 02:18 Asia/Baku
  • İmam Husəyn(ə)-ın pak zirehi qaraya bürünüb
    İmam Husəyn(ə)-ın pak zirehi qaraya bürünüb

Məhərrəm ayının gəlib çatması ilə bir zamanda dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın müqəddəs Kərbəla şəhərində yerləşən pak zirehi qaraya bürünüb.

Məhərrəm ayının birinci gecəsində həmçinin Hüsəyn aşiqlərindən minlərlə nəfərin iştirakı ilə Seyyiduşşuhəda(ə)-ın pak günbəzinin bayrağının əvəz olunması mərasimi keçirilib.

Məhərrəm ayı, həmçinin İmam Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadəti günlərinin gəlib çatması ilə bir zamanda, Seyyiduşşuhəda(ə) tərəfdarları müqəddəs məkanları, təkyələri, məscidləri və hətta öz evlərinin qapılarının üstünü qaraya bürüyür və şəhidlər ağasının vəsfində əzadarlıq edirlər.

Bu gün, 1441-ci hicri qəməri ili muhərrəmulhəram ayının biridir.

Ürəkyandıran Kərbəla hadisəsindən və İmam Husəyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətindən əsrlərin ötüb keçməsinə rəğmən, nəinki bu hadisənin yeri və önəmi azalmayıb, əksinə illər keçdikcə, Aşura müraciəti daha geniş miqyas alır və əzadarlıq mərasimləri daha artıq dərk və şövqlə keçirilir.