Yan 01, 2020 13:03 Asia/Baku
  • Həzrət Zeynəb(s.ə)-nın mövludunun ildönümü günü mübarək!

Bu gün, 2020-ci il yanvarın biri, 1441-cı hicri qəməri ili cəmadiuləvvəl ayının beşi, Həzrət Zeynəbi-Kübra(s.ə)-nın mövludunun ildönümü günüdür.

Həzrət Zeynəb(s.ə.) bütün zamanlarda bütün zülmə qarşı çıxan və azadlıqsevər qadın və kişilər üçün bir meyar və nümunədir.

O həzrət, möhtərəm qardaşı, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Husəyn(ə)-ın kənarında, "İslamı müdafiə" adı altında böyük Kərbəla faciəsini törətmiş geridə qalmış və yolunu azmış bir cərəyanla mübarizə aparırdı.

Həzrət Zeynəb(s.ə.) dünənə, bu günə və sabaha aid olan bir qadındır, zira insan ləyaqəti, Allaha bəndəlik, ədalətsevərlik, şərəf və azadəlik xas bir dövrə və ya xas bir cəmiyyətə aid olmayan dəyərlərdir.

Hər gün İslamın əziz Peyğəmbəri(s.ə.s)-in məhəbbəti və mərifətindən yeni bir ruh alan, həmçinin əziz atası, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ın elmindən və bəyan tərzindən bəhrələnən Həzrət Zeynəb(s.ə)-ın ruhu, möhtərəm anası Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mehribançılıqla dolu ağuşunda asayiş sahilinə çatdı.

O həzrət Həzrət İmam Husəyn(ə)-ın şəhadətindən sonra özünü dünya şiələrinin dördüncü imamı Həzrət İmam Səccad(ə)-ın vücudunu qorumağa borclu bilirdi. Bu üzdən, ən çətin şəraitlərdə cinayətkarlar və zalımlar qarşısında dayandı və o həzrətlə çiyin-çiyinə, öz dağıdıcı çıxışları ilə İslam düşmənlərini rüsvay etdi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İslamın qəhrəman qadını Həzrət Zeynəb(s.ə)-nın mövludunun ildönümü gününün gəlib çatması münasibəti ilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər