Sabah İmam Əlinin (ə) viladətinin ildönümü günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i385928-sabah_İmam_Əlinin_(ə)_viladətinin_ildönümü_günüdür
Sabah 13 rəcəb 1443-cü hicri qəməri ili, 15 fevral 2022-ci milad ili dünya şiələrinin birinci imamı Həzrət Əmirəl-Möminin Əlinin (ə) səadətli viladətinin ildönümü günüdür.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 14, 2022 16:57 Asia/Baku
  • İmam Əlinin (ə) viladəti
    İmam Əlinin (ə) viladəti

Sabah 13 rəcəb 1443-cü hicri qəməri ili, 15 fevral 2022-ci milad ili dünya şiələrinin birinci imamı Həzrət Əmirəl-Möminin Əlinin (ə) səadətli viladətinin ildönümü günüdür.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Əli İbn Əbitalib (ə) 13 Rəcəbdə Kəbədə dünyaya göz açıb.

O həzrət yeniyetməlik dövrünü əziz islam peyğəmbərinin (s.ə.s) yanında olub. İslama ilk iman gətirən İmam Əli islam dininin təbliği dövründə əziz peyğəmbərin əsas yaxınlarından biri hesab olunurdu.

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının viladət günü Atalar Günü adlandırılıb.

İslami İranın xalqı  İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günündə şənlik edir.

İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edirik.