İyul 20, 2022 13:30 Asia/Baku
  • İmam Musa Kazimin (ə) mövlud günü mübarək!

Bu gün, zilhəccə ayının 20-si dünya şiələrinin yeddinci imamı Həzrət İmam Musa Kazimin (ə) səadətli mövludunun ildönümü günüdür.

İmam Musa Kazim (ə) 128-ci hicri qəməri ili zilhəccə ayının 20-də Məkkə ilə Mədinə arasında yerləşən Əbva kəndində dünyaya göz açdı.

O həzrət, möhtərəm atası- dünya şiələrinin altıncı imamı Həzrət İmam Cəfər Sadiqin (ə) şəhadətindən sonra müsəlmanlara rəhbərlik məsuliyyətini üzərinə götürdü.

Şiələrin yeddinci imamı, möhtərəm atası- İmam Cəfər Sadiqin (ə) ənənələrini bərpa etmək, əhkam, hədis və rəvayətləri toplamaq, eləcə də şiələrə təlim keçib, onları istiqamətləndirməklə, şiələrin altıncı imamının təlimləri və mübarizələri ilə qaydaya salınaraq, möhkəmlənmiş əsl İslamı gücləndirdi.

Səhər Azəri kanalı olaraq, Həzrət İmam Musa Kazimin (ə) mövludunun ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik.

Teqlər