Təl-Əvivdə sionistlərə qarşı əməliyyat
https://azeri.sahartv.ir/news/qüds_İntifazəsi-i199784-təl_Əvivdə_sionistlərə_qarşı_əməliyyat
Təl-Əvivdə sionistlərə qarşı əməliyyat nəticəsində bir sionist öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2015 14:37 Asia/Baku
  • Təl-Əvivdə sionistlərə qarşı əməliyyat
    Təl-Əvivdə sionistlərə qarşı əməliyyat

Təl-Əvivdə sionistlərə qarşı əməliyyat nəticəsində bir sionist öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, sionist rejimin 2-ci telekanalı bildirib: Fələstin müqavimətinin əməliyyatı çərçivəsində Təl-Əvivin cənubunda soyuq silahla bir israilli öldürülüb və 3 nəfər də yaralanıb.
Oktyabr ayının əvvəlindən Qüds İntifazəsinin başlanması ilə fələstinlilərin müqavimət əməliyyatında indiyə qədər təxminən 20 israilli öldürülüb.
Fələstin əraziləri 2015-ci il oktyabr ayının əvvəlindən sionist rejimin əl-Əqsa məscidi və Qüds qarşısındakı təcavüzkar siyasətlərinə qarşı fələstinlilərin irimiqyaslı etirazlarının şahididir.
Qüds İntifazəsinin başlanması ilə indiyə qədər sionist hərbçilər tərəfindən 90 fələstinli şəhid olmuş və 2700-dən çox fələstinli yaralanmışdır.