NATO: İŞİD Əfqanıstan və Pakistanda üzv qəbul etməkdədir
May 25, 2015 13:08 Asia/Baku
NATO-nun Əfqanıstandakı qüvvələrinin amerikalı komandanı İŞİD-in Əfqanıstan və Pakistanda üzv qəbul etməsindən xəbər verib.
Səhər kanalının məlumatına görə, NATO-nun Əfqanıstandakı qüvvələrinin amerikalı komandanı İŞİD-in Əfqanıstan və Pakistanda genişlənməsindən xəbər verib.Fransada çıxan Fiqaro qəzetinin yazdığına görə, Con Kəmbel bildirib ki, İŞİD Əfqanıstanda, xüsusən Taliban arasından üzv qəbul etməkdədir, amma hələ onların əməliyyat bacarıqları yoxdur.
O, sonra deyib: İŞİD ötən altı ayda nəzərəçarpacaq dərəcədə Əfqanıstanda genişlənib və bir çox narazı talib bu terror qrupuna qoşulub. Biz hazırda İŞİD-in ötən il ilə müqayisədə daha artıq fəal olduğunu görürük və əgər hazırda təzyiq göstərməsək, bu vəziyyət geniş miqyas alacaq.
O, habelə qeyd edib ki, Əfqanıstan və Pakistanda mövcud olan təhdidlər müştərəkdir və bu hədələrlə mübarizə üçün iki ölkə qüvvələri xüsusən informasiya mübadiləsi sahəsində səfərbər olmalıdırlar.