Türkiyənin Neynəvanın kənarlaşdırılmış valisini himayə etməsinin pərdəarxası
İyun 11, 2015 13:39 Asia/Baku
İraq parlamentində Bədr təşkilatı fraksiyasının rəhbəri ifşa edib ki, Türkiyə baş naziri İraqın siyasi rəhbərlərindən istəyib ki, Neynəvanın kənarlaşdırılmış valisi Əsil əl-Nəcifi 4 ay müddətinə öz vəzifəsində qalsın.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Qasim əl-Əərəci İraqın Süməriyyə televiziyasının "Proqnoz edilməmiş" proqramında ifşa edib ki, Türkiyə baş naziri Əhməd Davudoğlu İraqın siyasi rəhbərlərindən Neynəva valisi Əsil əl-Nəcifini kənarlaşdırmamağı və onu dörd ay müddətinə bu vəzifədə saxlamalarını istəyib. Lakin əl-Nəcifi Türkiyənin istəyinin əksinə olaraq kənarlaşdırıldı.Türkiyənin İraqın daxili məsələlərinə müdaxiləsini tənqid edən əl-Əərəci xəbərdarlıq edib: Nəcifilərdən birinin başçılığı ilə Mosul məntəqəsinin yaradılması mehvəri üzrə plan vardır.
Əsil əl-Nəcifi 2015-ci il 28 may tarixində deputatların səs çoxluğu ilə Neynəvanın valiliyindən kənarlaşdırıldı.