Yəmən ordusu Babül-Məndəb boğazında nəzarətini genişləndirir
Yəmən ordusunun yüksək rütbəli hərbi mənbəsi Babül-Məndəb boğazının təhlükəsizliyini təmin etmək məqsədilə Ləhic vilayətinin Rəs əl-Arə və Əl-Məzaribə bölgələrinin geniş ərazilərinin azad edildiyini bildirib.
Yəmənin yüksək rütbəli hərbi mənbəsi “Əl-Məyadin” telekanalına verdiyi müsahibədə deyib: “Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına bağlı silahlı qruplaşmalarının on minlərlə üzvü Ləhic vilayətinin Rəs əl-Arə və Əl-Məzaribə bölgələrinin geniş ərazilərindən geri çəkilib.Hərbi mənbənin sözlərinə görə, həftələrlə davam edən toqquşmalardan sonra Səudiyyə Ərəbistanının dəstəklədiyi muzdlular Ədən şəhərinə doğru geri çəkiliblər.Mənbə həmçinin bildirib ki, Yəmən ordusu əməliyyat çərçivəsində 3 min kvadratkilometrdən çox strateji ərazini azad edib.Onun sözlərinə görə, bu əməliyyatlar Babül-Məndəb boğazının təhlükəsizliyini təmin etmək və Təiz vilayətinin müxtəlif bölgələrini qorumaq məqsədilə həyata keçirilib.