İyun 12, 2015 19:40 Asia/Baku
  • ABŞ-ın pilotsuz təyyarələri Əfqanıstanın şərqinə hücumlar edib
    ABŞ-ın pilotsuz təyyarələri Əfqanıstanın şərqinə hücumlar edib

ABŞ-ın pilotsuz təyyarələri iki ayrı-ayrı hücumda Əfqanıstanın şərqində Nəngərhar vilayətində bəzi məntəqələri bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadlı məlumatına görə, ABŞ-ın pilotsuz təyyarələrinin Əfqanıstanın Nəngərhar vilayətinə hava hücumlarında 20 nəfər həlak olub. Bu hücum ötən bir həftə ərzində Nəngərhar vilayətinə 2-ci hücum olub.
Bundan öncə də bazar günü ABŞ-ın pilotsuz təyyarələrinin Nəngərhar vilayətinin Lalpurə şəhərinə hava hücumları nəticəsində 7 nəfər həlak olub.
ABŞ Taliban və əl-Qaiəd ilə mübarizə bəhanəsi ilə dəfələrlə Əfqanıstanın müxtəlif bölgələrinə pilotsuz təyyarələrlə hücumlar edib. Halbuki bu hücumların tələfatının əksəriyyətini sivillər təşkil edir.

Teqlər